Bel yırtığı - qrija


Onurğa sütunu 33 fəqərədən ibarətdir. Onurğa sütunu fəqərələri arasındakı kanalda həyatımız üçün vacib olan onurğa beyni yerləşir. Hazırda xüsusən gənclərdə və orta nəsildə onurğa sütundakı problemlər çoxluq təşkil edir. Bəzən bu problemlər əməliyyat stolunda həll edilmək kimi vəziyyətə çatır. El arasında bel “qrija”sı kimi tanınan, bel yırtığı da onurğa sütünu xəstəliyin ən ağırlarındandır. Fəqərəarası disklərin elastik quruluşa malik olması onurğanın hərəkətliliyini və yüklənməyə qarşı davamlılığına xidmət edir. Disklərin iç hissəsində (pulpoz nüvə) jeleyebənzər sahə, çol səthində isə (filroz həlqə) xüsusi təbəqə var. Bu nizamlılıq pozulduğunda qorxduğumuz “qrija” meydana gəlir. Bel yırtığı özü də bir neçə mərhələni keçdikdən sonra ortaya çıxır. Şərt odur ki, əvvəlki mərhələdə onun qarşısı alınsın. Yaşlı adamlarda fəqərəarası disklərdə boşalma yaranır, disklərin elastikliyi itir. Ağır yük daşıyanlar, ağır yüklə daimi hərəkət bu vəziyyəyin alınmasına gətirib çıxarır. Qamətini düz tutmayan, yumaq kimi oturanlar onurğa sütunu xəstəliyinə tez-gec uğrayırlar. Zəif əzələ sistemi olanlar, artıq çəkili insanlar da bu vəziyyətlə qarşılaşırlar. Oturaq işi olanlar, saatlarla kompyüter qarşısında əyləşənlər də bura aid edilir. Nəhayət, hansisa qəza zamanı travma alanlar da onurğa sütunundan əziyyət çəkənlər sırasına daxil olurlar. Bu arada onu da qeyd edim ki, hamilə xanımlar vəziyyətləri boyunca onurğa sütununa diqqət etməlidirlər. Bədənə qarşı laqeydlik gələcəkdə qarşıya problem kimi çıxa bilər.

En Çok Okunan Yazılar
En Son Yazılar
Arşiv

MENÜ

SOSYAL MEDYA

DR. TAMER TEKİN İLETİŞİM

Fevzi Çakmak Mahallesi, Tevfik İleri Cd No:105, Pendik, İstanbul


+90 216 397 5900

+90 541 539 5979

 
E-mail : info@drtamertekin.com

@ 2014 Tamer Tekin. Istanbul/Turkey. Tüm hakları saklıdır. YASAL UYARI: YAZILI İZİN OLMADAN KOPYALANAMAZ VE YAYINLANAMAZ.